...

Nigerdə fransız liseyi bağlanır

Dünya xəbərləri Materials 25 Mart 2024 06:30 (UTC +04:00)
Nigerdə fransız liseyi bağlanır

Bakı. Trend:

Nigerin paytaxtı Niameydə 60 ildir fəaliyyət göstərən La Fonten fransız liseyi bağlanır.

Trend-in məlumatına görə, bu barədə Fransa Beynəlxalq Radiosu xəbər verib.

Məlumata əsasən, bir il əvvəl 800 şagirdin təhsil aldığı lisey ötən ilin sentyabr ayından distant təhsilə keçib, müəllimlərin sayı azaldılıb. Bu ilin sentyabrında isə təhsil müəssisəsi tamamilə bağlanacaq. Məsələ ilə bağlı Fransa tərəfi rəsmi şəkildə məlumatlandırılıb.

Qeyd edək ki, Fransanın keçmiş müstəmləkələri olmuş Niger, Mali və Burkina-Fasoda son bir ildə fransız dilinin statusu dövlət dili səviyyəsindən işçi dil səviyyəsinə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti