Bakı. Trend:
Ermənistan parlamentinin Avropaya İnteqrasiya Məsələləri üzrə Daimi Komitəsi bu gün növbədənkənar iclasda Avropaya inteqrasiya ilə bağlı dinləmələrin keçirilməsi barədə qərar qəbul edib.
Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, aprelin 4-də keçiriləcək dinləmələrdə "Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektiv və çağırışları" mövzusu müzakirə olunacaq.