Bakı. Trend:
Ermənistan Avropa İttifaqının ümumi Aİ bazarına çıxış imkanı ilə bağlı boş vədlərinə inansa və buna görə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsa heç nəsiz qala bilər.
Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən "Ermənistanın dostları" şəbəkəsinin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanmış Aİ-İrəvan münasibətlərinin dərinləşməsi haqqında məruzəsini şərh edərkən bildiriblər.
"Məruzəyə əsasən, İrəvan Ermənistanın yeri gəlmişkən, əsas benefisiar olduğu AİB-dən çıxmalıdır. Bununla belə, ermənilərin ümumi Aİ bazarına nə zaman və hansı şərtlərdə çıxış imkanı əldə edəcəyi barədə heç nə deyilmir. Elə ola bilər ki, Aİ-nin boş vədlərinə aldanan Ermənistan sakinləri heç nəsiz qala bilər", - deyə nazirlikdən bildiriblər.
Rusiya XİN-dən qeyd ediblər ki, Aİ-nin Ermənistanı müstəsna olaraq Avropa üçün resurs mənbəyi kimi gördüyü hissindən qurtulmaq mümkün deyil.
"Bununla belə, ölkənin maraq və prioritetlərinin Brüsseldən təyin edilməsini normal hesab edirlər", - deyə Rusiya XİN əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
