...

Xəstəyə telefonla "diaqnoz" qoyan həkim həbs olundu

Dünya xəbərləri Materials 2 Aprel 2024 20:49 (UTC +04:00)
Xəstəyə telefonla "diaqnoz" qoyan həkim həbs olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Ali Kassasiya Məhkəməsi xəstəyə telefon vasitəsilə diaqnoz qoyan həkim barədə həbs qərarını təsdiqləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bolonya şəhərindən olan həkim vəzifə öhdəliklərini icra etməməkdə təqsirli bilinib.

Məlumata görə, xəstə təcili yardıma müraciət edərək qəfəsi nahiyəsində güclü yanğın, eləcə də əllərə və barmaqlara yayılan ağrıdan şikayət edib. Növbətçi həkim xəstəyə qastroenterit diaqnozu qoyub, lakin kişi tezliklə infarktdan dünyasını dəyişib.

Birinci instansiya məhkəməsi həkimə bəraət verərək barəsində 4 aylıq həbs və analoji müddətdə işləməsinin qadağan olunması barədə qərar verib.

Məhkəmə müəyyən edib ki, sağlamlıq hüququ dövlət qulluğunda olan həkimin xəstəni qorumasını tələb edir. Boloniyalı həkimin təqsiri ondan ibarət olub ki, o, xəstənin xahişinə baxmayaraq, onu evdə ziyarət etməkdən imtina edib və xəstənin vəziyyətinin ağırlığını yanlış dəyərləndirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti