...

Avstraliyada ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Aprel 2024 20:40 (UTC +04:00)
Avstraliyada ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, yüzlərlə insan ticarət mərkəzindən evakuasiya edilib.

Məlumata görə, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri alan 7 nəfər xəstəxanaya yerləşdirilib.

Polis rəsmiləri iki hücumçudan birinin polis tərəfindən ağır yaralandığını, digər hücumçunun axtarışlarının davam etdirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti