...

İsrail İran PUA-larının qarşısını almağa başlayıblar

Dünya xəbərləri Materials 14 Aprel 2024 02:31 (UTC +04:00)

Bakı. Trend:

İsrail hərbçiləri ölkələrinə doğru uçan İranın PUA-larının qarşısını almağa başlayıblar.

Trend-in məlumatına görə, bu barədə İsrail televiziyası xəbər verib.

Məlumata əsasən, bu cür əməliyyatlar İordaniya və Suriya səmalarında ABŞ-ın köməyi ilə həyata keçirilir.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti