...

Çexiya İran səfirini XİN-ə çağırdı

Dünya xəbərləri Materials 15 Aprel 2024 19:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.

Trend İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Qeyd olunub ki, səfirin XİN-ə çağırılma səbəbi İranın İsrailə hücumu ilə bağlı olub.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti