...

Paşinyan Qazaxla sərhədə gəlib

Dünya xəbərləri Materials 17 Aprel 2024 13:19 (UTC +04:00)
Paşinyan Qazaxla sərhədə gəlib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün Voskepara getdim, orada sakinlərlə görüşdüm", - Paşinyan yazıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Tavuş sakinləri ilə görüşdə İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərinin müzakirəsindən danışıb.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Bğanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti