Bakı. Trend:
Bu gün ABŞ Konqresinin Nümayəndələr palatası Ukraynaya əlavə yardımla bağlı qanun layihəsini nəzərdən keçirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Ukrayna üçün 60 milyard dollar dəyərində əlavə yardımın ayrılmasını nəzərdə tutur.
Qeyd edək ki, sözg=ügedən qanun layihəsindən başqa, bu gün ABŞ Konqresində İsrailə yardım, Tayvana yardım və Hind-Sakit okean regionunda sabitliyin dəstəklənməsi, eləcə də, ABŞ prezidentinin Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etmək hüququ ilə bağlı qanun layihələri də nəzərdən keçiriləcək.