...

Rusiyada 5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 15 May 2024 07:06 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələnin ocağı 96 km dərinlikdə yerləşib. Yeraltı təkanları episentri Petropavlovsk-Kamçatski şəhər dairəsində 78 km cənub-şərqdə, Avaça körfəzinin sularında olub.

Bildirilib ki, xəsarət alanlar və dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti