Bakı. Trend:
Rusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Solneçnoqorsk ərazisində, Leninqrad istiqamətində, "Povarovo-1" stansiyasının yaxınlığında vaqonlardan biri tüstülənməyə başlayıb.
Qyd edilir ki, qatar dərhal dayandırılıb və sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.
Xətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.