Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarının Marşal adaları bayrağı altında hərəkət edən Yunanıstanın "Laax" gəmisinə hücum etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə Komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Mayın 28-də Səna vaxtı ilə saat 12:05-13:40 arasında İranın dəstəklədiyi husilər Yəməndə onların nəzarəti altında olan ərazilərdən Qırmızı dənizə doğru beş gəmi əleyhinə ballistik raket atıblar. Yunanıstana məxsus olan Marşal adaları bayraqlı yük daşıyıcısı olan "Laax"üç raketlə vurulduğunu, lakin üzməyə davam etdiyini bildirdi", - deyə açıqlamada qeyd olunub.
ABŞ koalisiya və ticarət gəmilərinə ziyan dəymədiyi qeyd edilib. CENTCOM, həmçinin Yəməndən husilər tərəfindən buraxılan beş pilotsuz uçuş aparatının Qırmızı dəniz üzərində məhv edildiyini bildirib. Komandanlıq PUA-ların bölgədəki ticarət gəmiləri üçün birbaşa təhlükə yaratdığını bildirib.