Bakı. Trend:
ABŞ cümə günü daha sərt nüvə silahı strategiyası həyata keçirmək niyyətini açıqlaya bilər.
Trend-in məlumatına görə, bu barədə "Semafor" nəşri yüksək vəzifəli administrasiya rəsmisinə istinadən bildirib.
Məlumata əsasən, ABŞ hesab edir ki, qlobal gərginliyin artması fonunda silahların yayılmaması və silahlara nəzarət məsələlərinə daha rəqabətli yanaşmalı və ölkənin mövqeyinə və imkanlarına müəyyən düzəlişlər edilməlidir.
Qeyd olunub ki, Çin və Rusiya "ABŞ-ın ötən il ərzində silahlara nəzarəti müzakirə etmək səylərini rədd etdi".