...

Niderland Ukraynanın bərpası üçün 138 milyon avro ayırıb

Dünya xəbərləri Materials 12 İyun 2024 03:40 (UTC +04:00)

Bakı. Trend:

Niderland Ukraynanın bərpası üçün müxtəlif layihələrin həyata keçirilməsi üçün 138 milyon avro ayırır.

Trend-in məlumatına görə, bu barədə Niderlandın Baş naziri Mark Rütte öz "X" səhifəsində bildirib.

"Niderland həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri, humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon avroluq yeni yardım paketi ayırır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Niderland “Patriot” kompleksinin Ukraynaya tədarükü ilə bağlı beynəlxalq tərəfdaşlarla danışıqlar aparırır:

"Bu təşəbbüs çərçivəsində Niderland bir radar və üç buraxılış qurğusu göndərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti