...

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 12 İyun 2024 13:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətin “Vətən naminə Tavuş” hərəkatının bu gün günortadan sonra parlament binası önündə keçiriləcək mitinqi fonunda təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

Trend xəbər verir ki, Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir:

“Konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın qarşısı alınacaq”.

Qeyd edək ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatının keçiriləcəyi vaxt parlament binası yaxınlığında böyük mitinq keçirməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti