...

Türkiyədə zəlzələ olub

Dünya xəbərləri Materials 12 İyun 2024 23:50 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Muğla vilayətinin Marmaris şəhərində 4,7 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yerli vaxtla 22:19-da (Bakı vaxtı ilə 23:19) qeydə alınmış zəlzələnin ocağı 44,4 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti