...

Ermənistanda meyiti tapılan hərbçinin qətlə yetirildiyi məlum olub

Dünya xəbərləri Materials 15 İyun 2024 15:23 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda meyiti tapılan hərbi qulluqçu Armen Qasparyanın qətlə yetirildiyi məlum olub.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı "qətl" maddəsi üzrə cinayət işi açıb. Bir sıra ekspertizalar təyin edilib.

Xatırladaq ki, iyunun 14-də Ermənistanda səhər saatlarında N saylı hərbi hissənin mühafizə mövqeyində müqavilə əsasında hərbi xidmət göstərən hərbi qulluqçu Armen Qurgenoviç Qasparyanın meyiti aşkarlanıb.

Məlumata görə, hərbi qulluqçuya odlu silahdan atəş açılıb. Hadisə ilə bağlı istintaq başladılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti