...

NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb

Dünya xəbərləri Materials 20 İyun 2024 19:13 (UTC +04:00)
NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

Şimali Atlantika Alyansının baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.

Xatırladaq ki, bir müddət əvvəl Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini Mark Rüttenin xeyrinə geri götürüb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-nin da NATO-nun növbəti baş katibi postunda Niderlandın Baş naziri Mark Rutteni görmək istədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti