Bakı. Trend:
İsrail ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant videomüraciətdə deyib.
Onun sözlərinə görə, indi Fələstinin "HƏMAS" hərəkatının nümayəndələri buna öz razılığını verməlidirlər.
"Biz İsrailin qəbul etdiyi prezident [Baydenin] təklifini qətiyyətlə dəstəkləyirik və indi "HƏMAS" bunu qəbul etməlidir, əks halda bunun fəsadları ilə üzləşəcək", - deyə nazir qeyd edib.
Y.Qalant vurğulayıb ki, İsrail birinci növbədə Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq və öz xalqını qorumaqdır.