...

İran prezident seçkilərində 4 namizəd rəqabət aparacaq

Dünya xəbərləri Materials 27 İyun 2024 14:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah İranda keçiriləcək növbədənkənar prezident seçkilərində 4 namizəd rəqabət aparacaq.

Trend-in məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyinin yanında Seçki Qərargahı məlumat yayıb.

Bildirilib ki, Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf 14-cü çağırış prezident seçkilərinin namizədləridir.

İran Seçki Qərargahı seçkilərdə namizədliyi təsdiqlənən 2 namizədin – Əmir Hüseyn Qazizadə Haşemi və Əlirza Zakani – namizədliyini geri götürdüyünü diqqətə çatdırıb.

Əlavə edək ki, sabah İranda prezident seçkiləri yerli vaxtla saat 08:00-da start götürəcək.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti