Bakı. Trend:
Vitse-admiral Sergey Lipilin Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasının komandanı təyin edilib.
Trend nu barədə rus KİV-lərinə istinadən xəbər verir.
“Bəli, doğrudan da, vitse-admiral Lipilin Baltik Donanmasının komananı təyin edilib", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, bundan əvvəl Lipilin komananın birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb. 2023-cü ilin aprelindən bəri vitse-admiral Vladimir Vorobyov Baltik Donanmasının komandanı olub. Kadr dəyişikliyinin səbəbi açıqlanmır.