...

Hindistanda avtobus qəzası - 18 nəfər öldü

Dünya xəbərləri Materials 10 İyul 2024 11:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Uttar-Pradeş ştatında baş vermiş avtobus qəzası nəticəsində 18 nəfər həlak olub.

Trend “Times of India” saytına istinadla xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd gətirən maşına çırpılıb.

Məlumata görə, avtobusda 50 nəfər olub.

Xəsarət alan 19 nəfər xəstəxanalara yerləşdirilib. Polis hadisəyə avtobus sürücüsünün sürət həddini aşmasının səbəb olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti