Bakı. Trend:
İspaniyada avtobusun qəzaya uğraması nəticəsində 50-dən çox sərnişin xəsarət alıb
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi öz sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, avtomobil Pineda de Mar kəndi yaxınlığındakı tunelə daxil olarkən aşıb. Avtobusda 60-a yaxın adam olub.
Hazırda qəzanın baş verdiyi avtomobil yolu qismən bağlanıb.
Qəzanın səbəbləri hələ dəqiq müəyyən edilməyib. “La Vanguardia” qəzetinin məlumatına görə, qəza avtobusun təkərinin deşilməsindən sonra baş verib.
Hadisəylə bağlı araşdırma aparılır.