...

Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılaşıb

Dünya xəbərləri Materials 17 İyul 2024 15:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə birliyin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.

Həmin qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

Ümumilikdə Aİ Rusiya hüquqi şəxslərinə qarşı 685 sanksiya tətbiq edib. Şəxsi cəzaya məruz qalan 1558 nəfər var.

Xəbər lenti

Xəbər lenti