...

İsrail parlamenti HƏMAS-ın hücumunu araşdırmaq üçün komissiya yaratmayacaq

Dünya xəbərləri Materials 17 İyul 2024 23:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Knesset HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu araşdıracaq komissiyanın yaradılması təklifini rədd edib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.

Bildirilib ki, İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant və bir sıra müxalif siyasətçilərin çağırışlarına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu israr edir ki, belə bir araşdırma Qəzza zolağında hərbi əməliyyatla eyni vaxtda aparıla bilməz.

İyulun 17-də B.Netanyahu parlamentdə çıxış edərək yenə bu mövqeyini təkrarlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti