...

Yaponiya ABŞ-yə tədarükü üçün "PAC-3" raketlərinin istehsalını artırır

Dünya xəbərləri Materials 26 İyul 2024 06:54 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya və ABŞ hökumətləri "PAC-3" raketlərinin sonradan ABŞ-yə ixracı üçün Yaponiya ərazisində istehsalını intensivləşdirmək qərarına gəliblər.

Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti xəbər verib.

Məlumata əsasən, xarici siyasət və müdafiə nazirliklərinin rəhbərləri arasında iyulun 28-də “iki üstəgəl iki” formatında keçiriləcək danışıqların yekunlarına əsasən müvafiq sazişin rəsmi elan edilməsi planlaşdırılır.

Yaponiya tərəfinə "AMRAAM" raketlərinin istehsalı üçün lisenziyanın verilməsi variantı da nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti