...

"G7" Kiyevə Rusiyanın aktivləri hesabına 50 milyard dollar kredit ayıra bilər

Dünya xəbərləri Materials 27 İyul 2024 00:43 (UTC +04:00)

Bakı. Trend:

"Yeddilik Qrupu" (G7) ölkələri Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin verilməsi üzrə işləri oktyabr ayına qədər başa çatdıra bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.

"İyirmilik Qrupu" (G20) ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin Rio-de-Janeyroda keçirilən iclası çərçivəsində C.Yellen "G7" həmkarları ilə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi məsələsi ilə bağlı, o cümlədən İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni ilə müzakirələr aparıb.

"Burada konstruktiv danışıqlarımız oldu. Biz bu təşəbbüsü irəli sürmək üçün birlikdə işləməyə davam etməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti