...

Bu ölkənin bəzi ərazilərində fövqəladə vəziyyət elan olundu

Dünya xəbərləri Materials 27 İyul 2024 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kaliforniyanın bəzi ərazilərində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fövqəladə vəziyyət kütləvi park yanğınının baş verdiyi Byutt və Tehama dairəsinə, eləcə də Plumas dairəsinə şamil edilib.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) məlumatına görə, son zamanlarda baş verən meşə yanğınları bütünlüklə ştatda yarım milyon akr ərazini məhv edib. Kaliforniyada nəzarətdən çıxan yanğınlar nəticəsində yaşayış evləri, infrastruktur və s. təhlükə altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti