Bakı. Trend:
Türkiyənin keçmiş baş nazir müavini və dövlət naziri Əbdüllətif Şənərin oğlu Bedirhan Şənər evində girov götürdüyü nənəsini silahla vuraraq öldürüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Bedirhan Şənər və nənəsi Leyla Çətinər arasında Ankarada yaşadıqları evdə səbəbi hələlik məlum olmayan mübahisə yaranıb. Mübahisənin qızışması nəticəsində Bedirhan nənəsini silahla girov götürüb. Əbdüllətif Şənər küçəyə çıxaraq polis çağırıb, hadisə yerinə gələn polislər yaşlı qadını oğlanın əlindən xilas edə bilməyiblər.
Bedirhan Şənər polislər tərəfindən saxlanılıb, hadisə ilə bağlı istintaq başladılıb.
Hadisə ilə bağlı yerli KİV-ə açıqlama verən Əbdüllətif Şənər oğlunun psixoloji problemləri olduğunu və qarşısındakı insanın nənəsi olduğunu bilmədən silahla atəş açdığını deyib.