...

ABŞ dünyada nüvə məhdudiyyətlərini tamamilə aradan qaldırmağa hazırlaşır

Dünya xəbərləri Materials 2 Avqust 2024 05:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası dünya ölkələrinin nüvə silahlarının sayına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını düşünür.

Trend xəbər verir ki, ABŞ-ın müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Vipin Naranq belə bir qiymətləndirmə ilə çıxış edib.

"Biz ABŞ-ın nüvə imkanlarını müasirləşdirməklə və gələcəyə hazırlıqla nüvə silahı arsenallarında heç bir məhdudiyyətin olmadığı bir dünyaya hazırlıq görməliyik", - Naranq Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki seminarda bildirib.

"Nüvə hazırlığımızdakı dəyişikliklər rəqiblərimizi strateji silahlara nəzarət danışıqlarında iştirak etməyə təşviq edə bilər", - Naranq əlavə edib.

O, Vaşinqtonun bu sahədə uğurlu rəqabət aparmaq və yeni nüvə dövründə müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün bütün səyləri göstərəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti