...

Türkiyənin Qırğızıstana polad ixracı azalıb

Dünya xəbərləri Materials 7 Avqust 2024 14:38 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Qırğızıstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 13,2 faiz azalaraq, 2,5 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyul ayında Türkiyə Qırğızıstana 664 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 39,9 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 9,3 milyard dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 15,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti