Bakı. Trend:
Son günlər Çadda baş verən daşqınlar nəticəsində azı 54 nəfər ölüb.
Trend "Agence France-Press"ə istinadən xəbər verir ki, ən çox zərər çəkən ərazi ölkənin şimalında yerləşən Tibesti bölgəsi olub və daşqınlar bölgənin 6 rayonunu əhatə edib.
Bu daşqınlar Qərbi və Mərkəzi Afrikanın digər ölkələrinə də, o cümlədən Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Niger, Nigeriya və Toqoya da təsir göstərib. BMT-nin məlumatına görə, ümumilikdə 700 mindən çox insan bu təbii fəlakətdən zərər çəkib.