...

Polşanın sabiq prezidenti pensiyasının azlığından şikayətlənib

Dünya xəbərləri Materials 20 Avqust 2024 14:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski (1995-2005) pensiyasının yetərli olmadığından şikayətlənib.

Trend xəbər verir ki, bu barədə gazeta.pl internet portalına siyasətçinin özü bildirib.

Onun sözlərinə görə, hazırda prezident təqaüdü təxminən 12 min zlotı (təxminən 3,117 dollar) təşkil edir ki, ondan da vergi ödəməlisən. “Bu məbləğ mənim böyük ailəm üçün yetərli deyil. Odur ki, əlavə pul qazanmaq lazım gəlir ”, - deyə Kvasnevski narazılığını dilə gətirib.

Sabiq dövlət başçısı əlavə edib ki, onu işləməyə vadar edən təkcə maddi səbəblər deyil: “Nə qədər ki, insanı dəvət edirlər, nə qədər ki, dinləmək istəyirlər, o zaman buna sevinə bilərsiniz. Bu o deməkdir, mən lazımam, hələ də bir şey edə bilərəm”.

Bundan əvvəl 1990-1995-ci illərdə Polşa prezidenti vəzifəsində çalışmış Nobel Sülh Mükafatı laureatı Lex Valensa da maddi sıxıntılarından danışıb. O bildirib ki, ayda 11-13 min zlotı (təxminən 2850-3370 dollar) təşkil edən prezident təqaüdünün məbləğindən razı deyil. “Razı olsaydım, göbələk yığmağa, yaxud balıq tutmağa gedərdim, amma yenə də dünyanı gəzərək işləyirəm”, - deyə Valensa şikayətlənib.

Xəbər lenti

Xəbər lenti