...

Mask Trampı demokratiyanın və Amerikanın xilaskarı adlandırdı

Dünya xəbərləri Materials 26 Avqust 2024 13:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp demokratiyanı və ABŞ-ni xilas edə bilər.

Trend xəbər verir ki, bu fikri amerikalı sahibkar və SpaceX-in qurucusu İlon Mask "X" sosial şəbəkəsində yazıb.

“Tramp demokratiyanı və Amerikanı xilas edəcək. Sözlərimi yadda saxlayın. Kamala Harris fəlakət olar", - sahibkar yazıb.

Bundan əvvəl İlon Mask "X" sosial şəbəkəsində ABŞ-də qarşıdan gələn prezident seçkilərini simulyasiya edən sorğu təşkil etmişdi. İstifadəçilərdən dövlət başçısını iki namizəd - Donald Tramp və Kamala Harris arasından seçmək istənilib. Sorğu bir gün davam edib.

Avqustun 20-də Tramp bəyan edib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Maska böyük vəzifə təklif edəcək. ABŞ prezidentliyinə namizədin sözlərinə görə, o, sahibkara müşavir vəzifəsi və ya nazir portfeli təklif etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti