Bakı. Trend:
Britaniyalı ufoloq Mark Kristofer Li yadplanetlilərin artıq tapıldığını, lakin müəyyən dairələrin onları insanlardan gizlətdiklərini iddia edir.
Trend xəbər verir ki, bu haqda “Daily Star”da məqalə dərc olunub.
Li bu məsələdə əsas günahkarlardan birinin milyarder Mark Zukerberq olduğunu hesab edir. O, bunu Zukerberqin SETİ layihələrindən birini maliyyələşdirməsi ilə əsaslandırır. Sözügedən elmi proqram kosmik sivilizasiyaların axtarışı ilə məşğul olur.
İddiaya görə, iki il əvvəl SETİ mütəxəsisləri kosmosdan şübhəli siqnal əldə etsələr də, sonradan siqnalın Yer planetindən buraxılmış süni peykdən daxil olduğu açıqlanmışdı.
Li bu izaha inanmır. Onun sözlərinə görə, Zukerberq və SETİ yadplanetli sivilizasiyaların mövcudluğu faktını hələ elan etmək istəmirlər. O, bu iddiasına mənbə kimi NASA ilə əməkdaşlıq edən sənədli filmlərin rejissoru Saymon Holandı göstərir.