...

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi məlum olub

İqtisadiyyat Materials 5 Fevral 2025 20:20 (UTC +04:00)
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda mədənçıxarma sənayesində məhsul istehsalının həcmi 41,2 milyard manat olub.

Trend bu barədə Dövlət Statistika Komitəsinən məlumat əldə edib.

Məlumata görə, mədənçıxarma sənayesində məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 3,7 milyard manat, yaxud da 8,3% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda mədənçıxarma sənayesində məhsul istehsalının həcmi 44,9 milyard manat təşkil edib.

Həmçinin, ötən il xam neft və təbii qaz hasilatı sahəsində istehsal həcmi 38 milyard manat olub ki, bu da, illik müqayisədə 3,9 milyard manat və ya 9,5% azdır. 2023-cü ildə xam neft və təbii qaz hasilatı sahəsində istehsal həcmi 41,9 milyard manat təşkil edib.

Bununla yanaşı, hesabat dövründə ölkədə metal filizlərinin hasilatı sahəsində istehsal həcmi 382 milyon manat, mədənçıxarma sənayesinin digər sahələrində istehsal həcmi 256 milyon manat, mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsində istehsal 2,5 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti