Bakı. Trend:
Günəşdə iki güclü partlayış baş verib.
Trend bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən xəbər verir.
Məlumata görə, ilk partlayış fevralın 5-də Bakı vaxtı ilə 7:15-də qeydə alınıb və 10 dəqiqə davam edib. İkinci daha güclü M.2.7 partlayışı isə Bakı vaxtı ilə 11:50-də baş verib və davamiyyəti 13 dəqiqə təşkil edib.
Bunun 5-6 fevral tarixlərində, günün bəzi saatlarında qısadalğalı radioəlaqə şərtlərinin pisləşməsinə təsir göstərəcəyi gözlənilir.