Bakı. Trend:
2023 ilin əvvəlindən pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur.
Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkan yaradıb. Hazırkı indeksasiya əsaslı pensiya artımı da qulluq stajına görə əlavələr təyin edilmiş pensiyalara da aiddir.
Həmçinin 2022-ci ildə pensiyaçılara, o cümlədən qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaçılara ödənilən maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilərək bundan sonra yaranan pensiya məbləğləri 8,1 faiz indeksləşdirilərək artırılır.