...

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasın cağırılmasını istəyib

Dünya xəbərləri Materials 5 Fevral 2025 22:24 (UTC +04:00)
Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasın cağırılmasını istəyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərb diplomatının fevralın 24-də mövzu ilə bağlı iclas keçirmək təşəbbüsünə cavab olaraq Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclas çağırmaq üçün sorğu göndərib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "Telegram" kanalında yazıb.

"Qərb həmkarlarımız təbii ki, dünyanın Ukraynanı unutmasına imkan vermək istəmirlər. Artıq ilk günlərdə xüsusi hərbi əməliyyatının başlamasının 3-cü ildönümü ilə bağlı fevralın 24-də görüş üçün sorğu göndəriblər (əlbəttə ki, bunu başqa bir cür adlandırırlar). Biz borcda qalmadıq və dərhal Minsk tədbirlər paketini təsdiqləyən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin qəbulunun 10 illiyi ilə əlaqədar fevralın 17-də görüş üçün sorğu göndərdik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti