Bakı. Trend:
Türkiyənin "Qalatasaray" komandası növbəti transferini gerçəkləşdirib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbula səfər edən Karlos Kuesta "Qalatasaray"la 3.5 illik müqavilə imzalayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" Karlos Kuesta üçün "Genk"ə 8 milyon avro ödəyəcək.