Bakı. Trend:
Türkiyə millisinin sabiq qapıçısı Sinan Bolat yenidən Superliqada çıxış edəcək.
Trend-in məlumatına görə, təcrübəli qolkiper "Kasımpaşa"ya keçib. O, Belçikanın "Vesterlo" komandasından mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, 36 yaşlı Bolat Türkiyədə "Kayserispor" və "Qalatasaray"da çıxış edib.