Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş Qəzza münaqişəsinin həlli üçün etnik təmizləmənin qarşısının alınmasının vacib olduğunu deyib.
Trend-in məlumatına görə, bu barədə onun mətbuat katibi Stefan Düjarrik brifinqdə bildirib.
"Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, etnik təmizləmənin istənilən formasına yol verilməməlidir", - deyə S.Düjarrik bildirib.
O qeyd edib ki, A.Quterreş hələ də “iki xalq üçün iki dövlət” konsepsiyasını dəstəkləyir.
Jurnalistlərin suallarını cavablandıran S.Düjarrik vurğulayıb ki, xalqların hər hansı məcburi köçkünlüyü “etnik təmizləmə” sayıla bilər, buna görə də BMT ABŞ prezidenti Donald Trampın Qəzza zolağının Amerikanın nəzarətinə keçməsi ilə bağlı bəyanatlarını dəstəkləmir.