...

Azərbaycanda xarici ticarət iştikaçılarının sayı azalıb

İqtisadiyyat Materials 5 Fevral 2025 17:14 (UTC +04:00)
Azərbaycanda xarici ticarət iştikaçılarının sayı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 68,7 min xarici ticarət iştirakçısı olub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 3,03 min və ya 4,3% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda 71,7 min xarici ticarət iştirakçısı olub.

Xarici ticarət iştirakçılarının 57,4 mini fiziki şəxslər, 11,3 mini hüquqi şəxslər olub ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 3,7 min (6,1%) az və 682 (6,4%) ədəd çoxdur.

Bununla yanaşı, hüquqi şəxslərin 246-sı dövlət sektorunun, 11 042-si özəl sektorun payına düşüb. Bunlar əvvəlki illə müqayisədə müvafiq olaraq 40 ədəd (14%) az, 722 ədəd (7%) çoxdur.

Qeyd edək ki, xarici ticarət iştirakçılarına istehsalçı kateqoriyalı hüquqi və fiziki şəxslər, dövlət satınalmaları müəssisələri, xarici investisiyalı müəssisələr, birgə müəssisələr, françayzinq lisenziyalı hüquqi və fiziki şəxslər, distribüterlər, dilerlər, partnyorlar, topdansatış müəssisələri, pərakəndə satış müəssisələri, qeyri-ticarət xidmət müəssisələri (banklar, maliyyə təşkilatları, fondlar və s.) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti