...

Niderlanda uçan təyyarə ABŞ-də məcburi eniş edib

Dünya xəbərləri Materials 5 Fevral 2025 17:29 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Delta Air Lines” hava yolları şirkətinə məxsus, göyərtəsində 300-ə yaxın sərnişin olan "Airbus A330" təyyarəsi qalxdığı Minneapolis hava limanına məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Minneapolis-Amsterdam (Niderland) marşrutu ilə uçmalı olan transatlantik sərnişin təyyarəsinin qanadlarının arxasında yerləşən və uçuşun idarə olunmasına kömək edən flaps sistemində nasazlıq yaranıb.

Pilotlar əvvəl gözləmə zonasına daxil olsalar da, sonra prioritet eniş sorğusu göndəriblər və hava limanına geri dönüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti