...

"İnstapower"in Azərbaycan üzrə nümayəmdəsi 8 il azadlıqdan məhrum edilib

Hadisə Materials 5 Fevral 2025 21:52 (UTC +04:00)
"İnstapower"in Azərbaycan üzrə nümayəmdəsi 8 il azadlıqdan məhrum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Trend-in əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.

Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti