...

Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir

Cəmiyyət Materials 5 Fevral 2025 14:17 (UTC +04:00)
Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil ediləcək.

Trend xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Azərbaycan işarət dili” anlayışınən təmini məqsədilə qanuna “Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması” məzmununda yeni maddə əlavə olunacaq.

Bununla da Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti