...

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 37%-dən çox artıb

İqtisadiyyat Materials 5 Fevral 2025 16:32 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 37%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə 2,6 milyard ABŞ dolları dəyərində 2,8 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 722,9 milyon ABŞ dolları və ya 37,6%, həcm ifadəsində isə 205,1 min ton və ya 7,9% çoxdur.

Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 97,2 milyon ABŞ dolları dəyərində 95,5 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 85,3 milyon ABŞ dolları və ya 46,7% azalma, həcm ifadəsində isə 16,6 min ton və ya 21,1% artım deməkdir.

Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı vasitəsilə Azərbaycana 2,5 milyard ABŞ dolları dəyərində 2,7 milyon ton yük idxal edilib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 808,2 milyon ABŞ dolları və ya 46,4%, həcm baxımıdan isə 188,5 min ton və ya 7,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti