...

Azərbaycanın diri heyvan idxalı ixracını 197 dəfə üstələyib

İqtisadiyyat Materials 5 Fevral 2025 17:08 (UTC +04:00)
Azərbaycanın diri heyvan idxalı ixracını 197 dəfə üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan 448,36 min ABŞ dolları dəyərində 700,71 ton diri heyvan ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 234,02 min ABŞ dolları və ya 34,3%, həcm baxımından isə 185,76 ton və ya 20,9% azdır.

Hesabat dövründə ölkəyə 88,4 milyon ABŞ dolları dəyərində diri heyvan idxal edilib ki, bu da bir il əvvələ nisbətən 27,3 milyon ABŞ dolları və ya 23,6% azdır.

Beləliklə, sözügedən dövr ərzində Azərbaycanın diri heyvan idxalı ixracını 197 dəfə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti