...

Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir

Dünya xəbərləri Materials 27 Avqust 2024 15:09 (UTC +04:00)
Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir.

Trend-in TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata bəyanatında deyib.

O bildirib ki, Qərb ölkələri Rusiya ilə münaqişənin eskalasiyasında maraqlıdır və bu siyasətindən əl çəkmək niyyətində deyil.

Qeyd edək ki, Rusiyada qeyri-strateji nüvə təlimlərinin üçüncü mərhələsi başlanıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, təlimə Cənubi və Mərkəzi Hərbi Dairələrin, aerokosmik qüvvələrin şəxsi heyəti cəlb olunub. Qurumdan bildirilib ki, hərbi qulluqçular Rusiya Federasiyası Silahlı Qüvvələrinin hissələrinin qeyri-strateji nüvə silahına döyüş tətbiqinə hazırlıq məsələləri üzərində işləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti