...

Durova qarşı “gizli kibertəhlükəsizlik qanunu” tədbiq edilib

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 17:10 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın hakimiyyət orqanları "Telegram"ın təsisçisi Pavel Durova qarşı məhkəmə işində “gizli kibertəhlükəsizlik qanunu”ndan istifadə edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” qəzetinin dərc etdiyi məlumatda yer alıb.

Qəzetin yazdığına görə, Pavel Durova qarşı irəli sürülən altı ittihamın ikisi üçün 2004-cü ilin qanunu əsas götürülüb. Bu qanuna görə, kriptoqrafiya xidmətləri təqdim edən şirkətlər Fransa Kiber Təhlükəsizlik Agentliyinə (ANSSI) “kriptoqrafik alətin texniki xüsusiyyətləri” haqqında məlumat verməli və proqram təminatının mənbə kodunu təqdim etməlidir.

Qeyd edilir ki, bu iki ittiham digərləri fonunda "gözlənilməz" görünür. Digər ittihamlar Pavel Durovu qanunsuz kontentin yayılmasında günahlandırır. Həmçinin şifrələmədən "WhatsApp", "Signal", "iMessage" də daxil olmaqla bir çox digər tətbiqlər istifadə edir. Lakin 2004-cü ildən bəri Fransa “gizli kibertəhlükəsizlik qanunu” tətbiq etməyib.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.

Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.

Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti